AZ

Danimarka ABŞ nümayəndə heyətinin Qrenlandiya səfərinə sərt reaksiya verib

Danimarka ABŞ nümayəndə heyətinin Qrenlandiyaya səfərinin heyətini və vaxtını tənqid edib.

Editor.az xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-ın Qrenlandiyaya qarşı diplomatik addımlarının təsadüfi deyil, strateji olduğunu bildirib. Rasmussen son çıxışında xüsusilə Qrenlandiyada keçirilən son seçkilərdən sonra Danimarkanın ABŞ-ın adanın siyasi mövqeyinə təsir etmək cəhdlərinə qarşı duracağını vurğulayıb.

ABŞ-ın güclü NATO müttəfiqi olduğunu xatırladan Rasmussen bildirib ki, böyük müttəfiq digərinin suverenliyinə meydan oxuya bilməz. ABŞ-ın Qrenlandiyaya marağının artmasının regionun geosiyasi əhəmiyyəti ilə bağlı olduğu düşünülsə də, bu səfərin vaxtının Danimarka üçün narahatlıq doğurduğu bildirilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
158
editor.az

1Mənbələr