AZ

Azərbaycan millisinə Belarus qarşısında da şans vermədilər 

Azərbaycan millisi yoxlama görüşü çərçivəsində bu gün Belarus yığması ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən öncə qarşılaşmanın favoriti açıqlanıb. Bukmeker kontorları Belarusu komandamız qarşısında favorit görüb.

Belə ki, Azərbaycan millisinin qələbəsinə 3,13 əmsal təyin edilibsə, Belarus komandasının qalibiyyətinə 2,36 verilib. Görüşün heç-heçə bitmə ehtimalı isə 3,25 olaraq dəyərləndirilib.

Xatırladaq ki, Azərbaycan – Belarus matçı  bu axşam saat 21:45-də start götürəcək.

Seçilən
95
idmanxeber.az

1Mənbələr