Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublika parlamentinin spikeri Alen Simonyan bildirib.
"KTMT baxımından biz nəyi nəzərdən keçirməliyik? KTMT onun mövcud olub-olmamasına baxmalıdır. Əgər varsa, o sərhədin harada olduğunu və nəyi edib, nəyi etməməli olduğunu bəyan etməlidir", - Simonyan bildirib.
O, həmçinin baş nazir Nikol Paşinyanın göstərişi ilə ölkə nazirliklərinin rusiyalı tərəfdaşlarla işi aktivləşdirməyə başlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.