İranın xarici işlər naziri Abbas Arakçı Ermənistana səfəri çərçivəsində həmkarı Ararat Mirzoyanla ikitərəfli məsələləri müzakirə edib, Cənubi Qafqaz regionuna dair fikir mübadiləsi aparıblar.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın da Abbas Arakçını qəbul edəcəyi gözlənilir.