AZ

"Tesla" satışları kəskin azaldı

Avropa İttifaqı (Aİ) ölkələrində "Tesla" markalı avtomobillərin satışı fevral ayında keçən ilin eyni ayı ilə müqayisədə yüzdə 47,1 azalıb. 

"Cebheinfo.az" xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) fevral ayı üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb. Məlumatlara görə, amerikalı milyarder İlon Maska məxsus "Tesla" şirkətinin avtomobil satışları Avropa ölkələrində sürətlə azalıb. 

Keçən ilin fevral ayında 22 181 ədəd olan "Tesla" satışları bu ilin eyni dövründə 47,1 faiz azalaraq 11 743 ədəd olub. Brendin Aİ-də ümumi yeni avtomobil satışlarında payı da fevralda 2,5 faizdən 1,4 faizə düşüb. Yanvar-fevral dövründə Aİ ölkələrində satışları keçən ilin eyni dövrü ilə müqayisədə 49 faiz azalaraq 19 046-ya çatan "Tesla"nın Aİ bazarındakı ümumi payı bu ilin ilk iki ayında 1,1 faizə düşüb. 

Şirkətin Avropa ölkələrində satışları son zamanlar sürətlə azalır. Maskın ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində etdiyi əl jesti, internetdə nasist salamına bənzədilməsi, Almaniyada ifrat sağçı siyasətçilərə açıq dəstəyi və Böyük Britaniya siyasətinə qarışması kimi mübahisəli davranışı avropalıların şirkətdən uzaqlaşmasına səbəb olur. 

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr