AZ

Qrızlov: Rusiya Belarusu özü ilə eyni təhlükəsizlik qalxanı ilə təmin edir

Səfir Boris Qrızlov bəyan edib ki, Rusiya Belarusa öz ərazisi ilə eyni səviyyədə təhlükəsizlik təmin edir.

NOCOMMENT.az xəbər verir ki, diplomatın müvafiq şərhi RT Telegram kanalında dərc olunub.

“Martın 13-də Moskvada [Belarus Prezidenti] Aleksandr Lukaşenko ilə [Rusiya Prezidenti] Vladimir Vladimiroviç Putin arasında keçirilən görüşdə təhlükəsizlik zəmanətləri haqqında saziş üzrə ratifikasiya sənədlərinin mübadiləsi aparılıb. Rusiya özü üçün olduğu kimi Belarusa da eyni təhlükəsizlik qalxanı təmin edir”, – Qrızlov bildirib.

O qeyd edib ki, iki ölkənin regional qoşun qrupu, birgə hava hücumundan müdafiə və hava sərhədi patrulları var. Diplomatın sözlərinə görə, lazım gələrsə, Belarusda yerləşdirilən taktiki nüvə silahlarından istifadə oluna bilər.

Seçilən
73
nocomment.az

1Mənbələr