Bakı, TurkicWorld
2025-ci ilin fevrral ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 1 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 500 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 600 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin fevral ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (1) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 500 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin fevral ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 1 istehsal şirkəti qeydiyyata alınıb.