Mədəniyyət və incəsənətin inkişafı Rusiya dövlət siyasətinin prioritet istiqamətidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin hökumətin Teleqram kanalında məlumat verib.
“Mədəniyyət və incəsənətin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. “Hazırda ölkənin müxtəlif bölgələrində teatrların, kinoteatrların, uşaq incəsənət məktəblərinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər aparılır”, – deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, ölkədə irimiqyaslı layihələr, o cümlədən “Zemski mədəniyyət işçisi” layihəsi həyata keçirilir. Mişustin qeyd edib ki, hazırda hökumət gənclərin öz istedadlarını inkişaf etdirmələri üçün əlindən gələni edir.
O, mədəniyyət xadimlərinin nadir keyfiyyətləri və istedadının Rusiya tarixində tarixi abidə kimi qorunub saxlanılan gözəl tamaşa və filmlərin, ədəbi-musiqi və təsviri şedevrlərin yaradılmasına kömək etdiyini vurğulayıb. Mişustin qeyd edib ki, ölkə dünyaya gözəllik və harmoniya gətirən mədəniyyət xadimləri ilə fəxr edir.