AZ

Mahaçqalada yaşayış binasında güclü partlayış - Video

Mahaçqalada çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ilkin ehtimala görə hadisəyə səbəb qazın partlaması olub.

Partlayış nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan qadının vəziyyəti ağır, kişinin vəziyyəti isə orta ağırdır.

Həmçinin hadisə nəticəsində yaşayış binasının şüşələri sınıb və park edilmiş 50-yə yaxın avtomobil qismən zədələnib.

Seçilən
11
qafqazinfo.az

1Mənbələr