Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turdan təxirə salınan “Xilasedici” - “Azərreyl” oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin idman zalında baş tutacaq matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, hazırda 36 xalı olan "Azərreyl" turnir cədvəlinin 2-ci, "Xilasedici" isə (35 xal) 3-cü pilləsində mövqe tutub.