AZ

Avropada 74 faiz insan ölkələrinin Aİ-yə üzvlükdən böyük fayda qazandığını düşünür - SORĞU

Avropada 74 faiz insan ölkələrinin Avropa İttifaqına (Aİ) üzvlükdən böyük fayda qazandığını düşünür.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumat Avropa parlamentinin martın 25-də açıqlanan “2025-ci il qış avrobarometri” sorğusunda əks olunub.
 
Bildirilib ki, bu, son 42 ildə qeydə alınan ən yüksək dəstək nümayişidir.
 
Məlumata görə, vətəndaşların 66 faizi Aİ-nin onları qlobal böhranlardan və təhlükəsizlik risklərindən qorumaqda daha vacib rol oynamasını istəyir. Bu fikir xüsusilə sorğuda iştirak edən gənc respondentlər arasında güclüdür.
 
Vətəndaşlar hesab edirlər ki, Aİ-nin dünyada öz mövqeyini gücləndirmək üçün diqqət yetirməli olduğu əsas sahə müdafiə və təhlükəsizlikdir (36%). İkinci yerdə isə rəqabət qabiliyyətinin artırılma istəyi, iqtisadiyyat və sənaye dayanır (32%). /Report/
Seçilən
2
moderator.az

1Mənbələr