İngiltərənin Surrey Universitetinin alimləri yuxu rejimi ilə depressiya arasındakı əlaqəni araşdırılıb.
Bizim.Media "Sabah" a istinadən bildirir ki, araşdırma üçün 546 universitet tələbəsinin məlumatları yoxlanılıb.
Belə ki, iştirakçılar "səhər tezdən oyanan insanlar", " gec yatan insanlar" və ara rejimlilər kimi təsnif edilib.
Məlum olub ki, gecə gec saatlarda oyaq qalanlar daha çox spirtli içki qəbul edirlər. Üstəlik, onların yuxu keyfiyyəti zəifdir və daha tez-tez düşüncələrə qərq olurlar.
Qeyd olunub ki, bu amillər depressiya riskini artıra bilər.
Nəzrin Mirzəyeva, Bizim.Media