AZ

Lukaşenko: Belarusda demokratiya özünü onun etalonu adlandıranlardan daha çoxdur

ABŞ-ın hazırkı Administrasiyasının araşdırmaları nəticəsində, USAID və NED-nin 2020-ci ildə ölkəmiz də daxil olmaqla, dünya ölkələrində dövlət çevrilişləri və rəngli inqilab ssenarilərini maliyyələşdirdiyi ortaya çıxdı.

APA-nın BELTA-ya istinadən xəbərinə görə, bunu Andiçmə mərasimindəki çıxışında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, həmçinin, ölkəsində totalitar rejimin mövcudluğu, eləcə də söz azadlığının olmadığı ilə bağlı fikirlərə münasibət bildirib: “Belarusda demokratiya özünü onun etalonu adlandıranlardan daha çoxdur”.

Seçilən
107
apa.az

1Mənbələr