“Mançester Yunayted”in qapıçısı Andre Onana yayda klubu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, kamerunlu qolkiperə Səudiyyə Ərəbistanı klublarından maraq var. “Qırmızı şeytanlar”ın 28 yaşlı qapıçını satmağa hazır olduğu bildirilir.
Onana 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.