AZ

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu günikinci yoxlama görüşünü keçirəcək.

Trend xəbər verir ki, U-21Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi iləqarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan seçməsi martın 22-də keçirilən ilkmatçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.

Məqalədə:
Seçilən
19
18
az.trend.az

10Mənbələr