AZ

FETÖ-dən alınan iki malikanə şok qiymətə satışa çıxarıldı – FOTO

FETÖ-nün biznesmenlərindən olan Fərari Akına məxsus malikanələr satılacaq.

KONKRET.az xəbər verir ki, FETÖ-nün maliyyə məmurlarından fərari Akın İpəkdən alınan Boğazdakı iki malikanə yenidən satışa çıxarılıb.

“Ağ malikanə” və “Qəhvəyi malikanə” ötən il 750 milyon lirəyə təqdim olunub.

Bu il hərracda başlanğıc qiymət 950 milyon lirə müəyyən edilib. Hərrac mayın 6-da baş tutacaq.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr