AZ

Poroşenko Ukrayna ilə ABŞ arasında aparılan danışıqların təfərrüatlarını bölüşüb

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Səudiyyə Ərəbistanında ABŞ-la danışıqlarda Ukrayna nümayəndə heyətinin nüfuzunu şübhə altına alıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Ukraynanın “Strana.ua” nəşri yazır.

Poroşenkonun sözlərinə görə, keçmiş prezident Viktor Yuşşenkonun fərmanı Ukraynada hələ də qüvvədədir. Sənədə əsasən, bu səviyyədə danışıqlarda Kiyev təmsilçiləri ölkə rəhbərliyindən müəyyən göstərişlər almalıdırlar.

“Əmr və göstərişlər olmadan ştatda yalnız üç nəfər Ukrayna adından danışa, bəyanat verə və danışıqlar apara bilər: prezident, öz səlahiyyətləri daxilində baş nazir və xarici işlər naziri. Qalan hər şey üçün direktivlərə ehtiyac var, lakin onların təsdiqi barədə heç nə eşitməmişik…”, – Poroşenko qeyd edib.

Əgər bu direktivlər məxfi idisə, onların sərhədləri rəsmən açıqlanmalıdır.

Seçilən
13
nocomment.az

1Mənbələr