AZ

“Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq” – Peskov


Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq, çünki Rusiya və ABŞ nümayəndə heyətləri burada texniki məsləhətləşmələr aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Söhbət texniki danışıqlardan gedir. Texniki danışıqlar təfərrüatları olan danışıqlardır, ona görə də, təbii ki, bu danışıqların məzmunu ictimaiyyətə açıqlanmayacaq”, - Kreml nümayəndəsi izah edib..
Onun sözlərinə görə, danışıqların nəticələri barədə artıq hər iki ölkənin rəhbərliyinə hesabatlar göndərilib.
“İndi nümayəndə heyətlərinin paytaxtlara verdiyi hesabatlar təhlil edilir və yalnız bundan sonra hansısa anlaşmadan danışmaq mümkün olacaq”, - Peskov əlavə edib.
Seçilən
24
1
yeniavaz.com

2Mənbələr