“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda toplanışda olan Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Şahruddin Məhəmmədəliyev yığmanın düşərgəsində zədə alıb. Bu üzdən də o, heyətdən kənarlaşdırılıb. Məhəmmədəliyevin əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.
Qeyd edək ki, Fernando Santosun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoxlama görüşü keçirəcək. “Masazır Arena”da təşkil olunacaq oyuna saat 21:45-də start veriləcək.