AZ

Roma Papası fevralın 28-də ölə bilərdi – Həkim Alfyeri

Roma Papası fevralın 28-də ölə bilərdi.

İnterpress.az xəbər verir ki, bu barədə onu müalicə edən həkimlərdən biri Alfyeri məlumat verib.

O vaxta qədər pontifik artıq iki həftə idi ki, pnevmoniya ilə xəstəxanada idi. Fevralın 28-də o, qusma və boğulma ilə bronxial spazm keçirib.

O, qeyri-invaziv mexaniki ventilyasiya ilə bronxial klirensiyadan keçib.

“Həmin gecə dəhşətli idi, o da bizim kimi sağ qala bilməyəcəyini bilirdi… Biz seçim etməliydik: dayanıb ölməyinə baxmalı, ya da səy göstərməli və bütün mümkün dərmanları və müalicələri sınayaraq, digər orqanların zədələnməsi riski ilə üzləşməli idik”, – Alfyeri deyib.

Pontifik bir neçə gün əvvəl xəstəxanadan buraxılıb. Ona uzun müddətli terapiya təyin olunub.

Xəstəxanada olduğu müddətdə Papa 4 dəfə tənəffüs böhranı keçirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr