AZ

İrəvan 44 günlük müharibədəki itkilərinin sayını açıqladı

Ermənistan tərəfi  44 günlük  Qarabağ müharibəsi zamanı 3941 nəfər itki verib.

Ölkə.Az xəbər verir ki, bu barədə  Ermənistan İstintaq Komitəsinin  “Joxovurd”a açıqlamasında deyilir. Nəşr qeyd edir ki, müharibənin bitməsindən bir neçə il keçsə də, qurbanların sayı artmaqda davam edir.

Fevralın 20-nə olan məlumata görə, ölənlər arasında 1702 çağırışçı əsgər, 860 könüllü, 864 ehtiyatda olan hərbçi, 143 digər qoşunların üzvü və 44 mülki şəxs var.

172 hərbçi və 19 mülki şəxsin harada olduğu hələlik məlum deyil.  İstintaq Komitəsindən o da  bildirilib ki, 2024-cü ilin dekabrından 2025-ci il fevralın 16-dək 6 hərbçi rəsmi olaraq ölü kimi tanınıb, bundan sonra onların dəfn mərasimi keçirilib. Daha 82 hərbçinin yaxınları genetik müayinə nəticəsində müəyyən edilən qalıqları basdırmaqdan imtina edir.

2022-ci ilin aprelində baş nazir Nikol Paşinyan 3825 nəfərin öldüyünü açıqlayıb.

Mürtəza

Seçilən
110
1
olke.az

2Mənbələr