AZ

Aleksandr Lukaşenko yenidən Belarus prezidenti seçildikdən sonra vəzifəsinin icrasına başlayıb

Bakı. Trend:

Aleksandr Lukaşenko yenidən Belarus prezidenti seçildikdən sonravəzifəsinin icrasına başlayıb.

Trend xəbərverir ki, bu barədə Belarus prezidentinin saytında məlumatverilib.

Andiçmə mərasimi Müstəqillik Sarayının ən böyüyü olan Təntənəlimərasimlər zalında baş tutub.

"İlk növbədə, seçkilərdə qazandığımız qələbə münasibətiləhamımızı təbrik etmək istəyirəm. Bu, təkcə mənim, Prezidentindeyil, milyonlarla belaruslunun qələbəsidir. Yanvarın 26-da bizdaha bir tarixi yol ayrıcını keçdik. Əsrin üçdə birində getdiyimizyoldan dönmədən, inamla, müdrikliklə keçdik. Bu, sülh və quruculuqyoludur, milli birlik və vətənpərvərlik, ədalət və hamı üçün genişimkanlar - xalq üçün dövlət dediyimiz hər şeydir. Bu bizim Belarusyolumuzdur!", - o andiçmə mərasimində bildirib.

Aleksandr Lukaşenko bütün seçicilərə verdikləri səslərə, suverenBelarusun nailiyyətlərinin əsasında duran prinsip və dəyərlərəinamlarına görə təşəkkür edib: "Biz nailiyyətlərimizi,qələbələrimiz birlikdə əldə etdik".

Seçilən
39
2
az.trend.az

3Mənbələr