DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyanın Braziliya ilə matçında zədələnən Davinson Sançesin son durumu məlum olub.
Apasport.az xəbər verir ki, kolumbiyalı futbolçu zədə səbəbindən millinin heyətindən çıxarılıb.
Bu barədə Kolumbiya Futbol Federasiyası məlumat yayıb.
Futbolçunun hazırkı vəziyyətinin yaxşıya doğru irəlilədiyi bildirilsə də, 28 yaşlı müdafiəçi Paraqvayla matçdan öncə heyətdən çıxarılıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Kolumbiyanın Braziliya ilə matçında (2:1) qapıçı Alissonla toqquşan Sançes qarşılaşmaya davam edə bilməyib. Təcrübəli müdafiəçi meydanı xərəkdə tərk edib.
"Real"da 5 illik yeni müqavilə - İlin transferi tamamlandı
Cekonun hazırkı vəziyyəti bəlli olub - FOTO
Tonali İspaniya yolunda
İnzaqi ən yaxşı seçildi
Flik ən yaxşı adına layiq görüldü