AZ

Ermənistanda Amerikanın neçə hərbi bioloji laboratoriyası var?

Hurriyyet.az xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən və ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar barəsində yeni məlumatlar yayılıb.

Xarici mətbuatın yazdığına görə, ötən il Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri ilə müvafiq saziş imzalayıb. Mövcud məlumata görə, laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasından bir qədər aralıda yerləşir.

Bu məlumatın mətbuatda dərc edilməsindən sonra ABŞ-ın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.

İrəvan mətbuatının yazdığına görə, ölkədə ABŞ tərəfindən maliyyələşdirilən hərbi bioloji laboratoriyalar təkcə paytaxtda deyil, həmçinin Qeqarkunik, Şirak, Lori, Tavuş, Armavir, Ararat və Sünik bölgələrində də fəaliyyət göstərir.

Mənbənin sözlərinə görə, İrəvanda bu laboratoriyalarda inzibati heyət də daxil olmaqla 140 nəfərə yaxın şəxs çalışır.

ABŞ-ın Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyəti, sayı və məqsədləri ilə bağlı medianın suallarını şərh etməkdən imtina edib.

Bəzi məlumatlara görə, hazırda Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən 13 hərbi bioloji laboratoriya fəaliyyət göstərir.

Hürr Tərcüman

 

Seçilən
36
hurriyyet.az

1Mənbələr