AZ

Rusiya Ukraynada 605 uşağı öldürüb

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində 605 uşaq həlak olub.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu martın 25-də Telegram-da məlumat yayıb.

Ümumilikdə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 2444-dən çox uşaq zərər çəkib. Bu günə qədər 605 uşaq dünyasını dəyişib, 1839-dan çoxu müxtəlif dərəcəli xəsarətlər alıb.

Ən çox qurbanların sayı Donetsk vilayətində - 634 uşaq, Xarkovda - 470, Xersonda - 202, Dnepropetrovskda - 203, Kiyevdə - 136, Zaporojyada - 170, Nikolaevdə - 118, Sumidə - 115 olub.

Baş Prokurorluq qeyd edib ki, təkcə martın 24-də Sumı şəhərinin atəşə tutulması nəticəsində 22 uşaq xəsarət alıb. Elə həmin gün Donetsk vilayətinin Pokrovsk şəhərindəmərmilərin atəşə tutulması nəticəsində yaralanan 15 yaşlı uşaq ölüb.

Xəbər 5 dəfə oxunub.
Seçilən
145
xezernews.az

1Mənbələr