AZ

Bəy toy gecəsi gəlini o qədər döydü ki...

Almaniyada bəy toydan sonra gəlini döydükdən sonra toy gecəsini polis nəzarətində keçirib.
 
Hadisə martın 21-də Visbadendə baş verib. Cütlük toydan bir neçə saat sonra yüksək səslə mübahisə etdiyi üçün qonşular əvvəlcə təcili yardım çağırıblar.
 
Sərxoş bəy polis gələnə qədər qaçıb, lakin axşam saat 9 radələrində küçədə tanımadığı şəxsə bibər qazı ilə hücum etdiyi üçün həbs edilib. Polis əməkdaşları zərərçəkənə köməklik göstərib və xuliqanı şöbəyə aparıblar, lakin sonra buraxıblar.
 
Bir-iki saat sonra 38 yaşlı kişi sevgilisi ilə yenidən mübahisə edib və bu dəfə onun üzü parçalanana qədər vurub. Nəticədə o, həbs olunub. /Lent.az/
 
Seçilən
14
9
moderator.az

10Mənbələr