AZ

Hindistan vətəndaşının meyiti tapıldı – Ermənistanda

Martın 25-də Ermənistanın Kotayk rayonunda faciəli hadisə baş verib.

Publika.az “Shamshyan.com” portalına istinadən xəbər verir ki, saat 09:50 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İcma Polisinin Baş İdarəsinin Nairi şöbəsinə Nor Geqi kəndinin Tevosyan küçəsindəki evlərdən birində meyit tapılması barədə əməliyyat məlumatı daxil olub.

Hadisə ilə bağlı Nairi İstintaq İdarəsi cinayət işi açıb. Polis və istintaq şöbəsi mərhumun şəxsiyyətini müəyyənləşdirir.

Saytın məlumatına görə, ölən Hindistan vətəndaşıdır və göstərilən ünvanda bir neçə həmyerlisi ilə birgə yaşayıb.

Seçilən
6
publika.az

1Mənbələr