Böyük Britaniya Şərqi Avropada müharibə bitəndən Ukraynanın təhlükəsizliyini təmin etmək üçün “könüllülər koalisiyası”nın yaradılmasında ABŞ-nin dəstəyini əsas hesab edir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili İcmalar Palatasında çıxışında deyib.
Onun sözlərinə görə, baş nazir Kir Starmer danışıqlarda ABŞ-nin dəstəyinə ehtiyac olduğunu açıq şəkildə bildirib.
“Hazırda müdafiə naziri kimi mənim işim Ukraynanı mümkün olan ən güclü mövqeyə gətirməkdir. Biz hərbi təchizat verməyə davam edirik və digər ölkələri daha çox iş görməyə çağırırıq. Biz fransızlarla birlikdə Ukraynada uzunmüddətli təhlükəsizliyi və sülhü təmin etmək üçün çoxmillətli dəstək planları hazırlayırıq”, – Hili söyləyib.