ABŞ-ın altıncı nəsil F-47 qırıcısı Avropaya təklif oluna bilər ki, onlar da onu Rusiyaya qarşı göndərə bilər.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın "19FortyFive" nəşri yazır.
Nəşrin müəllifi İsak Seyts qeyd edib ki, bu günə kimi gələcək nəsil döyüş təyyarələri ilə bağlı Avropa layihələrinin heç biri nəzərəçarpacaq nəticə verməyib.
“F-47 Rusiyadan gələn təhlükəyə qarşı öz hava gücünü genişləndirmək istəyən bir çox Avropa Hərbi Hava Qüvvələrinə əla əlavə olacaq”, - deyə müşahidəçi bildirib.
O, həmçinin etiraf edib ki, “yeni qırıcının ixracı haqqında danışmaq hələ tezdir”.