Demokrat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, son aylarda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi üçün intensiv danışıqlar aparılıb. O, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məqsədilə tərəflərin yaxından fikir mübadiləsi apardığını vurğulayıb.
Abbas Araqçi qeyd edib ki, sözügedən müqavilənin tezliklə imzalanması regionda uzunmüddətli sabitliyə və barışa töhfə verəcək.