AZ

Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı 40 faiz artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropa İttifaqı ölkələrinə 3 milyard 556 milyon 892.07 min dollar dəyərində məhsul ixrac edib.
 
Moderator.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 30 milyon 204,1 min dollar və ya 40 faiz çoxdur.
 
Eyni zamanda Avropa İttifaqı ölkələrindən idxal da artıb. Belə ki, bu ilin yanvar-fevral aylarında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 129 milyon 89 min dollar çox - 486 milyon 995.93 min dollar məhsul idxal edilib.
 
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz çoxdur.
 
Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon dolları ixracın, 4 milyard 138,02 milyon dolları isə idxalın payına düşüb.
 
 
Seçilən
11
18
moderator.az

10Mənbələr