2007-2012-ci illərdə yayımlanan məşhur “Gossip Girl” serialında “Chuck Bass” obrazı ilə şöhrət qazanan aktyor Ed Vestvik ata olub.
“Qafqazinfo” xəbər verir ki, aktyor bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Dünyaya xoş gəldin, körpəm. Oscar Alexander Vestvik”.
Qeyd edək ki, aktyoru 2022-ci ildən aktrisa Emi Ceksonla eşq yaşayırdı. Cütlük ötən ilin avqust ayında ailə həyatı qurub.







