Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Rusiya ilə ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilmiş görüşünün təfərrüatlarının açıqlamayacağını bildirib.
Peskov deyib: "Söhbət texniki danışıqlardan gedir. Bunlar təfərrüatların dərindən müzakirə edildiyi danışıqlardır, ona görə də, təbii ki, bu danışıqların məzmunu açıqlanmayacaq. Bunu gözləmək lazım deyil".
Bəlli olduğu kimi, bir gün əvvəl Ər-Riyadda Rusiya ilə ABŞ arasında Ukraynadakı vəziyyətin həlli ilə bağlı danışıqlar keçirilib. Görüş 12 saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbərlərindən biri olan Qriqori Karasin görüşün çətin, lakin son dərəcə faydalı keçdiyini söyləyib.
Hürr Tərcüman