AZ

Mirzoyandan sülh sazişi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh sazişinin imzalanması üçün Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, uzunmüddətli sülhün təmin edilməsi üçün qarşılıqlı məqbul həllərin tapılması ilə bağlı işi davam etdirmək, danışıqlar aparmaq lazımdır.

"Bunun alternativi sadəcə yoxdur", - deyə o bildirib.

Mirzoyan əlavə edib ki, İrəvan Bakı ilə sülh sazişini mümkün qədər tez imzalamağa hazırdır.

Seçilən
74
9
musavat.com

10Mənbələr