“The Atlantik” nəşrinin jurnalisti Cefri Qoldberq təsadüfən ABŞ-nin Yəməndə husilərə qarşı hərbi əməliyyatları üçün gizli planlara çıxış əldə edərək son dərəcə məxfi müzakirə qrupuna daxil olunub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qoldberq xəbər verib ki, o, martın 15-də gözlənilən zərbələr barədə “Signal” messenceri vasitəsilə ətraflı məlumat, o cümlədən silahlar, hədəflər və hücumun vaxtı barədə məlumat alıb. Onun sözlərinə görə, bu, əməliyyatların başlamasına iki saat qalmış baş verib.
Ağ Ev jurnalistin qapalı qrupa əlavə edilməsində səhv olduğunu etiraf edib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Xyuz bunun necə baş verdiyinin araşdırıldığını bildirib.
Qoldberq bildirib ki, qrupa 18 nəfər, o cümlədən ABŞ-nin yüksək rütbəli rəsmiləri, o cümlədən Dövlət Departamentinin rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru daxildir.