AZ

İranlı nazir: “Sülh sazişinə ona görə ümid edirik ki...”

“İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin mətni üzrə razılaşmanı alqışlayır və sənədin mümkün qədər tez imzalanmasını təşviq edir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Nazir İranın sarsılmaz mövqeyini - ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmətini, mövcud beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin və ümumiyyətlə, geosiyasi dəyişikliklərin yolverilməzliyini vurğulayıb.

Nazir vurğulayıb ki, bütün regional problemlər diplomatiya yolu ilə, güc tətbiq edilmədən, region ölkələrinin səyləri ilə həll olunmalıdır. Nazirin sözlərinə görə, sülh sazişi regionda sülh, sabitlik və iqtisadi inkişaf üçün böyük əhəmiyyət kəsb edir.

Vəziyyətin gərginləşməsi riski ilə bağlı sualı cavablandıran nazir qeyd edib: 

“Ümid edirik ki, mövcud problemlər tezliklə aradan qaldırılacaq və sənəd imzalanacaq. Eskalasiya riski var və ümid edirik ki, razılaşma riski minimuma endirəcək, biz ümumi maraqlardan irəli gələn sabitliyi görəcəyik”.

Seçilən
15
cebheinfo.az

1Mənbələr