"Liverpul"un cinah müdafiəçisi Trent Aleksander-Arnoldun yeni iş yeri bəlli olub.
Fanat.Az "Sky Switzerland"a istinadən xəbər verir ki, "qırmızılar"la müqaviləsinin müddəti bu yay bitəcək 26 yaşlı futbolçu "Real Madrid"lə razılığa gəlib.
Məlumata görə, o, yayda azad agent qismində "Real"la 5 illik müqavilə bağlayacaq. Mənbə Trentin İspaniya nəhəngində keçirəcəyi hər mövsüm üçün 15 milyon avro maaş alacağını vurğulayıb.
Qeyd edək ki, Aleksander-Arnold 2016-cı ildən yetirməsi olduğu klubun əsas komandasında cıxış edir.
Nihat