ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evin Oval kabinetində danışıqlar zamanı yaranan münaqişədən sonra Ukrayna prezidentinin reytinqi 70%-ə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə "TIME" yazıb.
Məqalədə iddia olunur ki, Zelenskinin nöqteyi-nəzərindən bu görüşün bütün nəticələri mənfi olmayıb.
“Onun reytinqi martın ilk günlərində yüksələrək, bəzi sorğularda təxminən 70 faizə çatıb”, - deyə məqalədə qeyd olunur. Hansı ki, görüşdən bir müddət əvvəl Tramp Zelenskinin reytinqinin 4%-i ötmədiyini bildirib.
Vurğulanır ki, Ukrayna prezidenti Vladimir Zelenski əhali tərəfindən dəstəyin artırılmasını ukraynalıları qorumaq istəyi ilə izah edir. Zelenski iddia edir ki, Oval kabinetdə Tramp Rusiya Federasiyası ilə qarşıdurmada ABŞ-ın şübhəsiz dəstəyinə arxalanan Ukrayna vətəndaşlarının inamını zədələyib.