AZ

Ukrayna ballistik raketlə vurulub: 100-dən çox yaralı var

Ukrayna

Dünən Rusiya tərəfindən Ukraynanın Sumi şəhərinə endirilən ballistik raket zərbəsi nəticəsində 101 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bunu Sumi Regional Hərbi Administrasiyasından bildiriblər.

Məlumata görə, təcili tibbi yardıma 78 böyük və 23 uşaq müraciət edib.

“Hazırda xəstəxanada 14 böyük və 16 uşaq müalicə olunur. Bir böyük və bir uşağın vəziyyəti stabil, lakin ağırdır”, - regional dövlət administrasiyasından deyiblər.

Qeyd edək ki, martın 24-də, təxminən saat 14:00 radələrində Rusiya qoşunları Sumı şəhərinin sıx məskunlaşma ərazisinə raket zərbəsi endirib. Hücum nəticəsində çoxlu sayda yaşayış binası və təhsil müəssisəsi zərər görüb.

E. KAMAL
Seçilən
14
reyting.az

1Mənbələr