AZ

“Problemimiz bərbad vəziyyətdə olan meydançalar, akademiyalar və pis gündə olan uşaq futboludur”

“Haiti oyunu ilə bağlı çox danışmaq istəmirəm. Çünki yenə məğlub olduq. Rəqib bizdən çox üstün oynadı. İlk dəfə idi ki, Haitinin oyununu izləyirdik. Nəticə bizim üçün çox pis oldu. Millidən heç olmasa yaxşı oyun gözləyirdik. Onu da görə bilmədik”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev yığmamızın Haitiyə qarşı keçirdiyi yoxlama görüşü (0:3) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Belarusla oyun da asan keçməyəcək. Nəticənin, oyunun necə olacağını demək çətindir. Ancaq problem Fernandu Santuşda deyil. Bilmirəm, hazırlanan yeni strategiya planı necə işləyəcək. Amma onu bilirəm ki, bizim problemlərimiz böyükdür. Əsas problemimiz bərbad vəziyyətdə olan meydançalar, akademiyalar və pis gündə olan uşaq futboludur. Nəyinsə yaxşı olması üçün birinci uşaq futbolundan başlamaq lazımdır. Çünki orada durum acınacaqlı vəziyyətdədir. Stadionlardan isə heç danışmağa dəyməz. Uşaqlar hansı meydançalarda oynayır görürəm. Əvvəlcə bunları düzəltmək lazımdır. Tez-tez məşqçi dəyişməyin heç bir faydası yoxdur”.

Seçilən
11
idmanxeber.az

1Mənbələr