AZ

Arılar əvvəl öz aralarında dalaşdılar, sonra insanlara hücum çəkdilər

Tailandda iki arı sürüsü bazarda dava edib və altı nəfəri sancıb.

Publika.az xəbər verir ki, bu barədə "Thaiger yazır.

Hadisə martın 20-də Ubon Ratçathani əyalətindəki məbəd bazarında baş verib. Bir tacir satış üçün bazara vəhşi arı pətəkləri gətirib. Tacir pətəklər olan qutuları açar-açmaz arı sürüləri bir-birlərinə hücum ediblər. Onlar daha sonra bazar meydanına uçaraq adamların üzərinə hücum çəkiblər. Bu zaman arılar qarşısına çıxan tacirlər və müştəriləri sancmağa başlayıb.

Hadisə nəticəsində 6 satıcı zərə görüb. Ən çox zərər çəkən 66 yaşlı kişi olub və onu həşəratlar 50 dəfədən çox sancıb. Ticarətçilərin sözlərinə görə, bazarın tarixində ilk dəfədir ki, belə bir hadisə baş verir.

Seçilən
112
publika.az

1Mənbələr