Artıq Trent Aleksander-Arnoldun yayda klubunu dəyişəcəyi böyük ölçüdə məlum olub.
O, “Liverpul” rəhbərliyinin yeni müqavilə təklifini növbəti dəfə rədd edib. “Marca” qəzetinin jurnalisti Xose Feliks Diasın məlumatına görə, 26 yaşlı müdafiəçi yayda “Real”a keçmək qərarını verib. Futbolçunun bu qərarını dəyişməyəcəyi də bildirilir. Trentin klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Aleksander-Arnold “Liverpul”un yetirməsidi. O, bu mövsüm komandada 39 oyuna çıxaraq 3 qol vurub və 7 məhsuldar ötürmə edib.