AZ

"Real" son nöqtəni qoydu

style='margin-bottom:10px;'>

"Real" "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold ilə razılığa gəlib.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 26 yaşlı futbolçu Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. O, kluba iyulun 1-də azad gent kimi keçəcək. 

Qeyd olunur ki, “Real” Aleksandr-Arnolda hər mövsüm üçün təxminən 15 milyon avro və bonuslar verəcək. Onun "Liverpul"dakı qazancı isə illik 11 milyon avrodur.

Aleksandr-Arnold 2016-cı ilin yayından "Liverpul"da çıxış edir. O, bu müddət ərzində 349 oyuna çıxıb, 22 qol vurub və 87 məhsuldar ötürmə verib.

Daha əvvəl "mersisaydlılar"ın Trentlə yeni müqavilə üçün razılaşa bilmədikləri yazılmışdı.

Seçilən
48
teleqraf.com

1Mənbələr