“44 günlük müharibədən sonra 153 əsirimiz var idi, bu gün 23 əsirimiz var, onlardan 12-si 23 saatlıq müharibədən sonra əsir düşən siyasi liderlərdir”.
Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistan Milli Assambleyasındakı açıqlamalar zamanı sülh müqaviləsində əsirlərin geri qaytarılması ilə bağlı heç bir bəndin olmaması ilə bağlı tənqidlərə toxunan parlament sədri Alen Simonyan bildirib.
"Bu iş davam edir, bu, müqavilədə qeyd edilməli olan məsələ deyil. Bu, orada həll edilməli olan məsələ deyil və bu, müqavilədən kənarda da davam edir. Sülh müqaviləsi daha iki il imzalanmaya bilər, amma biz məhbuslarımızı tez bir zamanda qaytarmaq üçün əlimizdən gələni edirik, ona görə də bu məsələni ora qatmaq üçün heç bir səbəb və əsas yoxdur", - deyə erməni spiker bildirib.
Ümumi sülh razılaşmasına və onun niyə ictimaiyyətə təqdim edilməməsinə gəlincə, Simonyan deyib ki, baş nazir bunu yüksək tonla deyib: sazişin iki tərəfi var və onsuz da erməni tərəfi bunu kifayət qədər açıq müzakirə edib.
“Sazişdə birtərəfli olan heç bir bənd yoxdur; bütün bəndlər həm Azərbaycana, həm də Ermənistan Respublikasına eyni dərəcədə aiddir”, - Simonyan vurğulayıb.