AZ

Qalmaqal böyüyür: Pentaqonun rəhbəri istefaya gedə bilər

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın Yəmənə zərbələri ilə bağlı məlumatların sızdırılmasındakı qalmaqala görə istefaya göndərilə bilər.

Publika.az xəbər verir ki, bu barədə məlumat “The Times” qəzetində dərc olunub.

"ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts da işini itirə bilər", - deyə köşə yazarı Devid Çarter bildirib.

“Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberq deyir ki, Uolts onu təsadüfən ABŞ rəsmilərinin "Husilər"in mövqelərinə zərbələr endirilməsini müzakirə etdiyi qrup söhbətinə daxil edib.

Çarter düşünür ki, Heqset sızıntıları inkar edərək işini riskə atır, lakin Qoldberq ABŞ-ın hərbi planları ilə bağlı məlumatlara çıxışı olduğunu sübut edərsə, yalana görə həbs oluna bilər.

Jurnalistlər Heqset və Uoltsla bağlı konkret qərarların verilmədiyini və Donald Trampın onları öz vəzifələrində saxlayıb-saxlamayacağına qərar verməzdən əvvəl, ehtimal ki, bir neçə gün gözləyəcəyini açıqlayıblar.

Seçilən
160
50
publika.az

10Mənbələr