Kubanda neft bazasında baş vermiş güclü yanğın söndürülüb. Yanğın təxminən bir həftə davam etdi.
Regionun qubernatoru Veniamin Kondratyev bildirib ki, yanğın və xilasetmə xidmətinin əməkdaşları Kubandakı neft bazasında baş verən yanğını söndürüblər.
“Martın 19-na keçən gecə Ukraynanın pilotsuz təyyarəsinin bu enerji infrastrukturu obyektinə endirdiyi zərbədən sonra başlayan yanğın Qafqaz regionunda yerləşən neft bazasında tamamilə söndürülüb”.
– Veniamin Kondratiyev Qeyd edək ki, irimiqyaslı yanğın bir həftə ərzində söndürülüb. Yanğının sahəsi təxminən 10 min kvadratmetr olub. Əməliyyatda 500-ə yaxın adam iştirak edib, iki yanğınsöndürən yaralanıb.
Xatırladaq ki, yanğın martın 19-na keçən gecə PUA-nın hücumu nəticəsində başlayıb.