Abdukodir Xusanovun hərəkəti diqqəti cəlb edib.
“Mançester Siti”nin müdafiəçisi bir azarkeşin “Real”ın formasını imzalaması ilə bağlı xahişini rədd edib. Hadisə futbolçu Özbəkistan yığmasının düşərgəsində olarkən baş verib.
Məlumata görə, Xusanov müqavilə öhdəliklərinə əsasən yalnız “Mançester Siti” və ya Özbəkistan milli komandasının formalarını imzalaya bilər.