Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 13-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu bu gün “Azərreyl” ilə “Xilasedici” arasında baş tutub.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunmuş qarşılaşma “Azərreyl”in 3:2 hesablı çətin qələbəsi ilə yekunlaşıb.
Bu matçdan sonra xallarının sayını 38-ə yüksəldən “Azərreyl” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Xilasedici” isə 36 xalla üçüncüdür.
Yüksək Liqa
13-cü turun oyunu
25 mart
“Xilasedici” – “Azərreyl” 2:3 (25:23, 25:27, 25:23, 23:25, 13:15)
Xallar: Azərreyl – 38. Murov – 38. Xilasedici – 36. Neftçi – 23. MOİK – 8. Gənclər – 1.