AZ

Ağ Ev “veteran qiyamı” ilə üzləşə bilər:  Xəbərdarlıq!

Yaxın gələcəkdə Ağ Ev “veteran qiyamı” ilə üzləşə bilər.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat verib. Nəşrin məlumatına görə, buna səbəb Tramp hakimiyyətinin ölkə daxilində həyata keçirdiyi islahatların və qənaət rejiminin veteranlarda doğurduğu narahatlıqdır. Belə ki, hakimiyyətinin elə ilk günlərində ciddi islahatlara start verən yeni hökumət, iş yerlərində böyk ixtisarlar aparmaqla yanaşı, bəzi müavinətlərin azaldılmasına da start verib. Bu isə veteranların da müavinətinin azaldıla biləcəyi ilə bağlı ehtimallara yol açıb. Rəsmi Vaşinqton belə bir narahatlıq üçn heç bir əsas olmadığını bildirsə də, veteranlar Ağ Evə etibar etmək niyyətində olmadıqlarını bildiriblər.

Tramp hökumətinin bir sıra dövlət məssisələrini özəlləşdirmək qərarı da veteranların narahatlığını artıran amillərdən biridir. Buna səbəb veteranların pulsuz müalicə aldığı bəzi xəstəxanaların da özəlləşə biləcəyi ehtimalıdır. Veteranlar hesab edir ki, pulsuz müalicə aldıqları xəstəxanaların özlləşməsi onların müalicəsində problemlərə səbəb ola bilər ki, bu da hər bir veteran üçün arzuedilməzdir.

Ekspertlər hesab edir ki, keçmiş hərbçilər arasında mövcud hökumətə olan inamsızlıq, sürətlə artan narazılıq “veteran qiyamı” ilə nəticələnmə ehtimalı böyükdr. Mütəxəssislərin fikirncə, bunun baş verməməsi üçün Ağ Evin veteranlarla təmasları gcləndirməsi, onların narahatlığını ortadan qaldıran konkret addımlar atması vacibdir.

Seymur ƏLİYEV

Seçilən
88
moderator.az

1Mənbələr