AZ

Fransada 2 təyyarə qəzaya düşdü - Video

Fransanın şərqində “Patrouille de France” komandasına məxsus iki “Alpha Jet” reaktiv təyyarəsi qəzaya düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, qəza təyyarələr məşqdə iştirak edərkən baş verib.

Hadisə ilə bağlı yayılan görüntülərdə tərəflərdən birinin dönüş edərkən arxadan digərinə çırpıldığı görünür.

Məlumata görə, hər iki pilot sağ qalıb.


Seçilən
102
2
qafqazinfo.az

3Mənbələr